“Hakimlərimiz söyüş eşidərkən özlərini itirirlər”

hakimlerimiz-soyus-esiderken-ozlerini-itirirler
Oxunma sayı: 830


Məmmədov bildirib ki, Premyer Liqa oyunları zamanı klub məşqçiləri uğursuzluqlarında hakimləri günahlandırırlar: “Yeni yaranmış Klublar Komitəsinin sədri Tuyqun Nadirov diqqətimi çəkən bir açıqlamasında bildirib ki, bəzi klub məşqçiləri uğursuzluqlarını ört-basdır etmək üçün günahı hakimdə axtarırlar. Çox maraqlı, xoş bir etirafdı. Amma əslində həmin kəslər səhvləri özlərində axtarmalıdılar. Bütün dünyada hakim səhvlərinə rast gəlinir. Ancaq heç bir hakim hakimlikdən qovulmur və ya getmir, səhvləri araşdırılır. Oyunun nəticəsinə təsir edən səhvləri varsa, müyyən müddətə qarşılaşmaları idarə etməkdən uzaqlaşdırılır. Yəni bununla məşğul olan insanlar, orqanlar var və onlar da qərar qəbul edirlər. Bu, klubların görəcəyi iş deyil. Hər kəs öz işi ilə məşğul olsa, daha çox uğur qazana bilər. Hakim də insandı və o da səhv edə bilər. Bəzən bir epizoda təkrar-təkrar baxıb qərar verə bilmirik. Amma hakim bir neçə saniyə ərzində qərar qəbul etməlidi. Təbii ki, bu halda səhvə yol verən də ola bilər. Əsas məsələ odu ki, bu səhvlər qərəzli olmasın. Bizim məqsədimiz belə səhvlərin minumuma endirilməsi, olmamasıdı.

HK sədri gənc hakimlərin söyüş eşidərkən özlərini itirdiklərini də sözlərinə əlavə edib: “Fiziki-taktiki hazırlığın qaydasında olduğunu deyə bilərəm. Burada çox gözəl oyunlar idarə edirlər. Çempionatda da müsbət mənada fərqlənirlər. Psixoloji hazırlıq baxımından müəyyən çatışmazlıqlar olduğunu etiraf edirəm. Oyunlarda bir balaca təzyiq olanda və ya doğma dildə söyüş eşidəndə bəzi hakimlərimiz özlərini itirirlər. Psixoloji hazırlığa da önəm veririk. Ümid edirəm ki, ikinci yarıda hakim səhvləri ya minimuma enəcək ya da heç bir səhv olmayacaq”.