Deputat Aydın Mirzəzadə hakimlərin şərəf və ləyaqətinin qorunması ilə bağlı qanun qəbul olunmasını təklif edib.
“Qafqazinfo” xəbər verir ki, deputat parlamentdəki çıxışında buna ciddi ehtiyac duyulduğunu bildirib: “Hakimin, məhkəmənin qərarından narazı qalmaq, onunla razılaşmamaq olar. Amma bu narazılığı da təhqir, böhtan olmadan hüquqi müstəvidə həll etmək mümkündür. Bu baxımdan, hakimlərin şərəf və ləyaqətinin qorunması ilə bağlı ayrıca qanunumuz olmalıdır”.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər