Hakkerlər Bəşər Əsədi ifşa etdilər

hakkerler-beser-esedi-ifsa-etdiler
Oxunma sayı: 656

“Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, İsraildə yayımlanan Haaretz qəzeti prezident ofisində çalışanların elektron poçtlarını ələ keçirən haker qrupun açıqladığı sənədləri dərc edib.

2011-ci ilin dekabrın 8-də İran nümayəndə heyətinin paytaxt Şama səfərindən sonra dövlət işlərində məsuliyyət daşıyan nazir Mənsur Əzzamın qeydlərindən birində hər iki ölkənin Türkiyənin tətbiq etdiyi uçuş embarqosuna qarşı ortaq hərəkət etməklə bağlı razılığa gəldiklərini əks olunub.

Haaretz qəzeti iddia edir ki, İran Suriyaya Türkiyə hava sahəsindən imtina edərək iki ölkə arasında ticari dövriyyə üçün hava və quru dəhlizin yaradılmasını təklif edib. Qəzet yazır ki, nüvə proqramı üzündən beynəlxalq ictimaiyyətin sərt iqtisadi sanksiyaları ilə üz-üzə qalan Tehran rəhbərliyi Şamla ikili ticarəti inkişaf etdirməklə hər iki ölkəni ağır durumdan qurtarmağa çalışır. Sənədlərdə həmçinin İranın Suriyaya ət, ev heyvanları, zeytunyağı və meyvə ixracatına qarşılıq olaraq 1 milyard dollardan çox ödəməsi və İranın Suriyadan bir il ərzində gündə 150 min barrel neft satın alması ilə bağlı danışıqların getdiyi də qeyd olunub.

Səidə