İnsanın yaşaması üçün “olmasa olmazlar”dan biri də, təbii ki, qidadır.Bəşər tarixi boyunca insan qida məsələsinə çox önəm verib, verir və verəcək də.Dövrümüzdə isə bu məsələ daha aktualdır.Çünki hazırda qida sənayesi çox şaxələnib.Qidalar artıq yeni texnologiyalarla istehsal edilir.İstehlakçı isəqidanın istehsalından, saxlanma şəraitindən, qidaya əlavə olunan qatqı maddələrindən tutmuş, son istifadə müddətinə qədər bütün detalları bilib seçim etmək istəyir.Seçim imkanı, rəqabət artdıqda isə istehlakçı həssaslığı daartır.Bir də bura insanın dini həssaslığı əlavə olunduqda, məsələ daha da əhəmiyyət kəsb edir. Ona görə ki, dünyada belə bir tendensiya mövcuddur:müxtəlif dindən olan insanlar dinlərinin tələblərinə uyğun qidalanmaq istəyir və istehlakçıları da bu sahəyə istiqamətləndirirlər. Bu sahə isə yeni bir sektorun yaranmasına rəvac verib -Halal Qida sektoru.Bu tendensiya Azərbaycan üçün də keçərlidir.Çünki ölkənin əhalisinin 96 faizindən çoxu, ən azından, özünü müsəlman adlandırır. Bu isə təbii ki, Halal Qida sektoruna tələbatı artırır.Bu sektorlardan biri də ət və ət məhsulları sahəsidir.Bu sahədə də lider şirkətlərdən biri, heç şübhəsiz,“Səhliyalı” firmasıdır.Biz də bu sahə ilə bağlı suallara cavab tapmaq üçün üz tutduq “Halal Nemət Min Bərəkət” brendi ilə tanınan "Səhliyalı" firmasına.
Həmsöhbətimiz şirkətin direktoru Fəxrəddin Bəşirovdur.
- Fəxrəddin bəy, söhbətə şirkətiniz haqda məlumatla başlayaq. Şirkətiniz daha çox məhsullarınızın brendi olan "Halal Nemət Min Bərəkət" adı ilə tanınır...
- "Səhliyalı" müəssiəsi ailə firmasıdır. Ət və ət məhsulları bazarındakı şəraiti, alıcılıq qabiliyyətini nəzərə alaraq belə bir şirkətin qurulması gündəmə gətirildi və quruldu. Dörd əmim ailə ənənəsini yaşatmaq üçün idarə etdikləri müəssiəsəyə babamızın adını veriblər.
- Firmanız nə vaxtdan fəaliyyət götərir?
- "Səhliyalı" müəssisəsi 1996-cı ildən fəaliyyət göstərir. Müəssisənin yerli məkanda analoqu olmayıb.2010-cu ildən müəssisənin açdığı yeni zavod isə alman avadanlıqları ilə təchiz olunub.Hazırda da firmamızda çalışan bütün heyət peşəkarlığı və öz iş təcrübəsi ilə seçilir.Kollektivin iş prinsipi - məsuliyyət, inam qazanmaq, düzgünlük, halal vəkeyfiyyətli məhsul istehsal etməkdir.Bütün bu keyfiyyətlər "Səhliyalı" firmasının qüsursuz nəticə əldə etməsinə səbəb olur.
Biz istehsalata çox ciddi yanaşırıq.Bilirik ki, qida bizim bu günümüz və gələcəyimizlə əlaqəli məsələdir.Gələcək nəsillərin yetişməsi qida istehsalatı ilə birbaşa əlaqəli proseslərdən biridir.Bizim qidalarımızı milyonlarla insanımız yeyir.
- Halal məhsullar istehsalına necə qərar verdiniz?
- Həm ailəmizin, həm də halal qidalanmaq istəyənlərin istəklərini nəzərə alaraq "Halal Nemət Min Bərəkət" adlı halal kolbasaların və sosislərin istehsalına başladıq. Müşahidə edirik ki, insanların halal məhsullara tələbatı daha çoxdur.
- Halalı nəyə görə əsaslandırdınız?
- İlk dəfə halal məhsul istehsalına qərar verəndə,birmənalı şəkildə donuz əti və yağından heç bir halda istifadə edilməməsini əsas götürmüşdük. Sonrakı mərhələdə ət kəsimi məsələsi ilə bağlı müəyyən addımlar atdıq. Hazırda da heyvanların kim tərəfindən, harada və necə kəsilməsinə həssaslıqla yanaşırıq. Yəni, İslamın bu məsələdə qoyduğu bütün qayda-qanunlara əməl edirik.
Əslində,əvvəllər halallıq məsələsi hər kəsin vicdanına buraxılmış məsələ idi. Hər bir firma özü bunu müəyyənləşdirirdi.Firma sahibi də Allah qarşısındakı əməllərinə uyğun olaraq istehsalatda da buna riayət edirdi.
Biz 2009-cu ildən halal məhsul istehsal edirik.İdxal etdiyimiz ədviyyatların, ətin halal olmasına, daha doğrusu, halalın bütün prinsiplərinə əməl etmişik, edirik.Və buna görə də "Halal Nemət Min Bərəkət" adlı əmtəə nişanını almışıq.Amma bizə güvənən, inanan insanlar məhsullarımızın halallığına etibar edərək istifadə ediblər və edirlər.
Halallıq sertifikatının verilməsini isə biz sahibkarlar olaraq istəyirdik.Çünki Özbəkistandan, Qazaxıstandan, Birləşmiş Ərəb Əmirliyindən, Səudiyyə Ərəbistanından əməkdaşlıq etdiyimiz adamlar var ki,bizim məhsulları ölkələrinə idxal etmək üçün halal sertifikatı tələb ediblər.Əvvəllər bizdə rəsmi şəkildə bu cür sertifikat olmadığına görə məhsullarımızı ixrac edə bilmirdik.Amma bilirdik ki, halal sertifikatı məsələsi üzərində dövlət tərəfindən ciddi iş aparılır.Nəticədə də öz həllini də tapdı.
Bizdən də halallıqla bağlı müəyyən tələblər olan kimi, biz dərhal hazır olan proseduru tələbə uyğunlaşdırdıq. Dövlət Komitəsinin qoyduğu çox ciddi tələblər var idi…
Fransadan, Almaniyadan, İtaliyadan kolbasa və sosis üzlükləri alırıq. Bütün bunlar da halalın tələblərinə uyğun olmalı idi.Buna görə də həmin qurumlardan biz halallıqla bağlı yeni sertifikatlar tələb etdik.Təbii ki, bütün bunlar bizdə var idi, sadəcə, yeni tarixlə tələb edildiyi üçün bunların hamısını təkrar hazırladıq. Aldığımız ədviyyatlara kimi, bütün prosesləri tələbə uyğun hazırladıq və halal sertifikat alan ilk 4 şirkətdən biri olduq.
- Bəs, belə bir fikir səsləndirilir ki, Azərbaycanda, ümumiyyətlə, halal kolbasa və ya sosis anlayışı yoxdur. Bu haqda nə deyə bilərsiniz?
- Artıq illərdir, halal məhsul istehsal edirik. Özümüz də İslamın buyuruqlarına əməl etməyə çalışan insanlarıq. Allah Quranda belə buyurur: "Ey insanlar! Yer üzündəki qidaların təmiz, halal olanlarını yeyin..." ("Bəqərə" surəsi, 2/168).Biz də bir müsəlman ailəsi olaraq halallığa və halal nemətlərə çox əhəmiyyət veririk.İlk növbədə özümüzün buna ehtiyacımız var. Bu məsələdə də çox şəffafıq. Kimin şübhəsi varsa, buyursun!
- Kolbasa və sosislərin tərkibi heç də sırf ət deyil. Ət məhsullarından istifadə edilərək hazırlanır, müxtəlif qatqı maddələri də əlavə olunur.Bəs, bu məsələdə standartlarınız necədir?
- Bütün qatqı maddələri hamısı halal mənşəlidir. Bütün aldıqlarımızın halal sertifikatları var. Bu sertifikatlar da həm Malayziyada, həm Hindistanda, əsas da Azərbaycanda Dövlət Komitəsi (Standartlaşdırma, Metrologiya və Patent Üzrə Dövlət Komitəsi –red.) tərəfindən qəbul edilmiş sertifikatlardır.Dünyada qəbul edilən halal sertifikatına uyğun olaraq işlərimizi qurmuşuq və buna görə də tamamilə "Halal Nemət Min Bərəkət" brendi ilə halal məhsullar istehsal edirik.
Sizə bir məqamı da qeyd edim ki, müəssisəmizdə halallığın əsasında duran təmizliyə və gigiyena şərtlərinə xüsusi nəzarət edirik.İş şəraitimizi buna uyğunqurmuşuq.Peşəkar kollektivimiz, müasir istehsalatımız müəssisəmizin əsas göstəricisi, əsas uğurudur.Bizdə kəsimdən sonrakı istehsal prosesi insan əli dəymədən həyata keçirilir.Hamısı müasir avadanlıqlardır.Məhsullarımız farş halından qablaşdırma mərhələsinə qədər heç bir insan əli dəymədən hazırlanır.
- Söhbət Hindistandan düşmüşkən, Siz əti haradan alırsınız?
- Bu suala cavab verməmişdən əvvəl bir məsələyə aydınlıq gətirmək istəyərdim. Dünyada ən böyük ət bazarı Hindistandır.Hindistanın ət sahəsində ixtisaslaşmış məşhur "Allanasons" firması var. Bu firma İslamın qayda-qanunlarına uyğun olaraq ət kəsimi ilə məşğuldur.Və şirkət halal sertifikata malikdir.Biz həmin firmadan da məhsul alırıq.Əməkdaşlarımızı həmin şirkətə göndərmişik, bütün mərhələni özləri müşahidə ediblər və çəkiblər.Şəxsən mən özüm də prosesdə iştirak etmişəm.Hindistanda əhalinin sayı 1 milyarddan çoxdur və əksəriyyəti də ət yeməyin qadağan olduğu hinduizm dininə sitayiş edirlər.Hindistanda ət ixracı ilə ancaq müsəlmanlar məşğul olur.Bir məqamı da xüsusi olaraq qeyd edim ki, biz şirkət olaraq, ümumiyyətlə, yerli bazardan ət almırıq. Müəssisəmizin öz yardımçı təsərrüfatı var. 1000 - 1500 baş iribuynuzlu mal-qara və 2000 baş qoyun təsərrüfatı ölkəmizin ekoloji cəhətdən təmiz guşələrindən biri olan İsmayıllıda yerləşir. Ət tələbatımızın bir hissəsini həmin fermamız vasitəsilə təmin edirik.Təsərrüfatın əsas xətti kökəltmə-ətçilikdir.
- Onda kiloqram hesabı ilə ətlə kolbasa və sosisin qiymətindəki fərq nə ilə bağlıdır?
- Təəssüflər olsun ki, bəzi insanlar kolbasada, sadəcə, ətdən istifadə olunduğunu düşünür. Amma kolbasa və sosislər ət məhsuludur. Burada ən çox faiz ətə məxsus olsa da, kartof, yumurta, süd, kərə yağı, su (buz), duz, ədviyyatlardan istifadə olunur. Toyuq əti əlavə olunur. Bütün bunların qiymətlərini hesablayanda, kolbasanın ətdən ucuz olmasının səbəbi də aydın olur. Ailəmizdə bişirilən kotletə nəzər salmağımız dediyimin başa düşülməsi üçün ən asan üsuldur.
- Bəs toyuq ətini haradan alırsınız?
- Toyuqlarımızı Azərbaycandakı firmalardan alırıq. Onların İslama uyğun olaraq kəsilməsinəözümüz şahid olmuşuq.Biz iddia etmirik ki, kənd çolpası adlandırılan toyuqdan istifadə edirik. Broyler toyuqlar alırıq.
Bəzən broyler toyuqlarla bağlı müxtəlif fikirlər səsləndirilir. Amma unutmamalıyıq ki, kənd çolpası ilə broyler toyuqları arasında, onların yetişdirilməsində də müəyyən fərqlər var. Çünki kənddə həyət-bacada yetişdirilən çolpalar 3 ay ərzində yetişir. Otla yetişən toyuqların çəkisi çox ola bilməz. Çəkisi çox olan quş ətləri qarğıdalı, arpa, buğda ilə qidalanlır. SSRİ dövründə də bu cür toyuqlar olub. Onlar da 35-40 gün ərzində yetişdirilib. İnsanları çaşdırmaq lazım deyil. Bu gün ABŞ-da, Avropada, bir sözlə, dünyanın bütün ölkələrində bu cür toyuqlar yetişdirilir. Kənd toyuqları bütün günü həyət-bacada qaçışır, amma broyler toyuqları həm hərəkətləri məhdud olur, həm də yaxşı qidalanırlar. Şəxsən mən özüm toyuqların Almaniyada yetişdirilməsinin şahidi olmuşam. Oradakı texnologiya ilə buradakı yetişdirmə arasında heç bir fərq görməmişəm. Hətta onu deyim ki, burada yetişdirilənlər, üstəlik, İslama da uyğun kəsilir. İnanın, Azərbaycan insanı qidasının qeydinə daha çox qalır. Heç kim xoşuna gəlməyən və ya şübhələndiyi qidanı ikinci dəfə almaz.
- Ət məhsullarının istifadə müddəti nə qədər olmalıdır? Əti bir neçə gün saxlayanda, qaralmağa və xarab olmağa başlayır. Amma sosis və kolbasaların üzərində müddət 1 ay yazılır…
- Məhsullarımızın qablaşdırılmış şəkildə 30 gün istifadə müddəti var. Əti 1-2 gün deyil, aylarla da saxlamaq olar. Əvvəllər ata-babalarımız soyuducuların olmadığı bir dövrdə əti necə saxlayırdılar?Duzlayıb, qurudub zirzəmilərdə tədarük görürdülər.Avqust, sentyabr aylarında edilən basdırmaları qış boyu yeyirdilər.Bu gün də soyuducularda temperatura uyğun olaraq saxlanan ət məhsullarını 1 ay istehsal müddətinə uyğun olaraq istifadə etmək olar.
- Bəs istehsal müddəti bitən məhsullarla bağlı proses necə gedir?
- Vaxtı ötən və ya dükanlardakı saxlama şəraitinə uyğun olmayan məhsullarımızı geri qaytarırıq. Lakin atmırıq ki, heç kimin əlinə keçməsin.Qayıdan məhsullarımız üçün ayrılmış xüsusi yerimiz mövcuddur.Həmin məhsullar bu işə baxan işçilərimiz tərəfindən xüsusi avadanlıqla soyulur, istifadə edilməz hala salınıb təmizlik maşınları vasitəsilə atılır.
- Fəxrəddin Bəy, bəs, nə kimi planlarınız var?
- Kəsim seximizin inşaatı hazırda davam edir. Hətta burada kənarda kəsimlə məşğul olan insanlar da yüksək keyfiyyətdə, gigiyenik şəraitdə və halal qaydalara uyğun olaraq kəsimlərini həyata keçirəcıklər.Bununla bağlı, təlimlərimiz olacaq.Təlimləri isə Türkiyədən dəvət etdiyimiz mütəxəssislər keçəcək.Bununla bağlı, Türkiyənin bir firması ilə 4 aylıq müqavilə də imzalamışıq.Avadanlıqlarımız isə Almaniyadan gələcək.Bu kəsim yerində ən son texnologiya və standartlar müəyyənləşdirilib.Bununla da Abşeron rayonundakı bütün mal-qaranın kəsim yeri olacaq.Bu o deməkdir ki, növbəti ildən bu rayonda qıraqda-bucaqda ət kəsimi məsələsi yığışdırlacaq, halal, etibarlı və keyfiyyətli kəsim olacaq.Təbii ki, prosesdə baytar həkim də iştirak edəcək.
- Bu söhbətdən sonra da ürəyində hansısa şübhəsi olan insan müəssisənizə gələrək istehsal prosesini müşahidə edə bilərmi? Çünki mən də gələndə gigiyenik qaydalara əməl etmək şərtilə asanlıqla istehsal sahəsinə buraxıldım. Və bütün şübhələrim aradan qalxdı...
- Biz şübhəsi olan hər bir vətəndaşımızı dəvət edirik. Buyurub gəlib, prosesi və ətləri öz gözləri ilə müşahidə edə bilərlər.