Halil Sezai həbs edildi

halil-sezai-hebs-edildi
Oxunma sayı: 4909

Tuzlada 67 yaşlı qonşusu Hüseyn Meriçi döyən müğənni Halil Sezai tutulub.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, Anadolu Ədalət Sarayına polisin müşayiəti və vəkili ilə gələn müğənninin 2 saat ifadəsi alınıb.

Daha sonra o, “silahla qəsdən yaralama” və “silahla hədələmə” maddələri üzrə həbs tələbi ilə məhkəməyə göndərilib. Sezai məhkəmənin qərarı ilə həbs edilib.