Braziliyalı futbolçu Halkın yeni klubu müəyyənləşib.
"Qafqazinfo" xəbər verir ki, 34 yaşlı hücumçu karyerasını ölkəsində davam etdirəcək.
O, “Atletiko Mineyro”ya transfer olunub. Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Halk yeni klubu ilə 2022-ci ilin sonunadək nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, Halkın son klubu Çin “Şanxay”ı olub.
Son xəbərlər
Son Xəbərlər