“Qafqazinfo” AzNews.az-a istinadən xəbər verir ki, Sabunçu rayon ərazisində yerləşən “Emin” kafesində naməlum vəziyyətdə 22 yaşlı gənc döyülüb.
Hadisə ötən gün səhər saat 05:00 radələrində baş verib.
Xəstəxanaya yerləşdirilən 1992-ci il təvəllüdlü Turan Məmmədovun üzərində ciddi xəsarətlər aşkar olunub.
Hadisənin təfərrüatları haqqında isə məlumat verilmir.
Sabunçu rayon Polis İdarəsi də gəncin bu şəkildə döyülməsi faktı ilə bağlı məlumat verməkdən yayınıb.
Kafenin yerləşdiyi ərazinin sakinlərinin dediyinə görə isə obyekt daha çox qeyri-normal həyat tərzi keçirən şəxslərin toplaşdığı yer kimi tanınır.
Son xəbərlər
Son Xəbərlər