Halsız vəziyyətdə hamamda tapıldı

halsiz-veziyyetde-hamamda-tapildi
Oxunma sayı: 1768

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Suraxanı rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

"Qafqazinfo" xəbər verir ki, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və vətəndaşı halsız vəziyyətdə vanna otağında aşkar edərək aidiyyati üzrə təhvil veriblər. Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı vətəndaşın dəm qazından zəhərləndiyi müəyyən edilib.