Haluk 3 gün üzən o məşhur inəyi aldı

haluk-3-gun-uzen-o-meshur-ineyi-aldi
Oxunma sayı: 3043

Türkiyədə Qurban bayramında Rizedə dənizə tullanaraq 3 gün üzən və Trabzona çatan inək məşhur müğənni Haluk Levent tərəfindən satın alınıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə sənətçinin özü instaqram səhifəsində məlumat yayıb. 

O, fenomen olan inəyin yeni sahibi olduğunu qeyd edib: “Sabah İzmirdəki fermaya göndərəcəm. Adını da “Ferdinand” qoymuşam. Bir çizgi filmindəki inəyin adıdır”.