Hamamda dəm qazından boğulub öldü

hamamda-dem-qazindan-bogulub-oldu
Oxunma sayı: 1757

Hacıqabulda 33 yaşlı qadın dəm qazından boğularaq ölüb.

“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə Hacıqabul rayonunun Muğan kəndində, gecə saat 3 radələrində qeydə alınıb. Həmin kəndin sakini, 1982-ci il təvəllüdlü Ağayeva Zümrüd Fərhad qızı hamamda dəm qazından boğularaq ölüb.

Ölüm faktı Hacıqabul rayon təcili yardım stansiyasının həkimləri tərəfindən təsdiqlənib.

Faktla bağlı araşdırma aparılır.