Hamamda dəm qazından zəhərlənib öldü

hamamda-dem-qazindan-zeherlenib-oldu
Oxunma sayı: 1973

Bakıda qadın yaşadığı mənzildə dəm qazından zəhərlənərək ölüb.

“Qafqazinfo” musavat.com-a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda baş verib.

Rayonun Ə.Vəliyev küçəsi, ev 14, mənzil 70-də yaşayan 1972-ci il təvəllüdlü Nərgiz Aydanova hamam otağında dəm qazından zəhərlənib.

Onu xəstəxanaya çatdırsalar da həyatını xilas etmək mümkün olmayıb.