Hamamda ər-arvadın meyiti tapıldı

hamamda-er-arvadin-meyiti-tapildi
Oxunma sayı: 5732

Tovuzda ər və arvad dəm qazından zəhərlənərək ölüb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə yanvarın 26-da rayonun Bozalqanlı kəndində qeydə alınıb.

Belə ki, həmin kənd sakinləri - 1951-ci il təvəllüdlü Qüdrətova Güllüzar Həsən qızı və əri, 1952-ci il təvəllüdlü Qüdrətov Qulu İsfəndiyar oğlu yaşadığı evin həyətindəki hamamda dəm qazından zəhərlənərək keçiniblər.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.