Ötən gün Xətai rayonunda dəm qazından zəhərlənmə hadisəsi baş verib.
Bu barədə “Qafqazinfo”ya Xətai rayon Prokurorluğundan məlumat verilib.
Belə ki, II Zeytun küçəsi 285 nömrəli evdə yaşayan 1980-ci l təvəllüdlü Sadıqov Emin hamamda dəm qazından zəhərlənərək dünyasını dəyişib. Polis və prokurorluq orqanları tərəfindən hadisə yerinə baxış keçirilib. Meyit ekspertizaya göndərilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanılıb.
Son xəbərlər
Son Xəbərlər