Hamamdan boru oğurlayanlar tutuldu

hamamdan-boru-ogurlayanlar-tutuldu
Oxunma sayı: 832

Cəlilabad rayonunda 5 obyektdən oğurluq edən şəxslər saxlanılıb. “Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, rayon sakini A. Abışov polisə müraciət edərək ona məxsus hamam binasının anbarından 500 manat dəyərində dəmir boruların oğurlandığını bildirib.

Oğurluğu törətməkdə şübhəli bilinən rayonun Göytəpə şəhər sakinləri E.Eynullayev, Z. Şükürov və M. Nurullayev saxlanılıb. 

Araşdırmalarla onların digər oğurluq əməllərinin də üstü açılıb və rayon ərazisindəki mağaza, çayxana, təmir sexi, məscid olmaqla ümumilikdə 4 obyektdən də 300 manat dəyərində su mühərriki, 250 manat dəyərində elektrik nizamlayıcısı, 105 manat dəyərində avtomobil təmiri alətləri, həmçinin kabel və digər məişət əşyalarını oğurladıqları müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.