“Hamburqu da biz yandırdıq?” - Zaxarova

hamburqu-da-biz-yandirdiq
Oxunma sayı: 717

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “G20” sammiti zamanı Hamburqda baş verən hadisələrlə bağlı 2 Rusiya vətəndaşının saxlanılması barədə danışıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Zaxarova hər hadisənin səbəbkarı kimi Rusiyanın göstərilməsinə etiraz edib:

“İndi deyəcəklər ki, Hamburqu da 2 rus yandırdı. Sonra bunun “Kreml”in əmri ilə edildiyini bildirəcəklər”.

Zaxarova bu açıqlaması ilə Qərbə “başınıza gələn hər şeyi bizim ütümə atmayın” mesajı verib.

Qeyd edək ki, son aylarda Rusiya ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilə etməkdə ittiham edilir.