Hamı bu kəndi tərk etdi - O və arvadından başqa...+Fotolar

hami-bu-kendi-terk-etdi-
Oxunma sayı: 3480

90 yaşlı İvan Şamyanok Çernobıl fəlakətindən sonra yaşadığı kəndi tərk etməyən yeganə insandır.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 30 il əvvəl yaşanan dəhşətli hadisədən sonra Belarusiyada Tulgoviçi kəndinin səmasını radioaktiv buludlar örtüb. Bu səbəbdən də sakinlərdən təhlükəsizlikləri üçün kəndi boşaltmaq tələb olunub. Hamı bu tapşırıqla razılaşsa da, kənddə iki nəfər qalıb: İvan Şamyanok və həyat yoldaşı. Onlar əziyyətlə tikdikləri evlərini tərk etmək istəməyiblər.

İvan jurnalistlərlə söhbətində kəndi tərk edən hər kəsin vəfat etdiyini, 90 yaşı olmasına baxmayaraq hələ də sağlam olduğunu xüsusi vurğulayıb. Qoca bunun səbəbini doğulduğu torpaqlardan qopmamaqda görür.

“Qafqazinfo” kənddə qalan son insanların gündəlik həyatından maraqlı fotoları təqdim edir:

Günel Hacı