Hamı çimərlikdə, Renka isə... - Fotolar

hami-cimerlikde-renka-ise
Oxunma sayı: 5935

Tanınmış rəqqasə Rəna Ağamuradova (Renka) maraqlı fotosessiya etdirib. “Qafqazinfo” xəbər verir ki, o, yay ab-havalı fotoları üçün kamera qarşısına keçib. Şou-əhlinin  çimərliklərdə foto-layihə etdiyi vaxtda,o, çəkiliş üçün Dərbəndə üz tutub. 

“Təbiəti, səyahəti çox sevirəm. Hər zaman çox yorulan zaman özümü təbiətin qoynuna atıram. Bu şəkillərdə sakitlik, rahatlıq, romantik ab-hava, hər şeydən kənarlaşıb özünə qapanan insan obrazı var”- deyə Renka bildirib. 

Bu məqamda bildirək ki, şəkillərin müəllifi Tural Həsənzadədir.