“Sumqayıtda müəllim şagirdi döyüb. Gör o müəllimi mə həddə çatdırmaq lazımdır ki, ayda 150 manat üçün hər gün məktəbə yarıac, yarıtox ayaq döyən bir ailə başçısı buna əl atsın. Həmin müəllim o sırtıq şagirdin, o gədənin atasının etmədiyini edib. Məni və qardaşımı atam kəmərlə ayağımızdan vururdu. Oğlunu, qızını vaxtında döyməsəydi, indi dizini döyərdi”.
Bu sözləri teleaparıcı Aytən Səfərova sosial şəbəkədə Sumqayıtda şagirdi döyən müəllim barəsində yazıb.
Aytən Səfərova müəllimi müdaifə edib:
“Məktəblərdə o qədər sırtıq, valideyn tərbiyəsi görməyən, sanki meşədən sivilizasiyaya çıxan, sözlə izaholunmaz dərəcədə o qədər axmaq uşaqlar var ki...Hamı Qurqeni baltaladığına görə Ramil Səfərovu qınayırdı. Görün nə həddə çatdırmaq lazımdır ki, gözünə heç nə görsənməyib belə addım atsın. O müəllimə mən yalnız səbr diləyirəm. Biz isə düzələn deyilik. Düzəlmək üçün sanki yun çubuğunu özümüzə vurdurmalıyıq. Xoş danışanı qorxaq sanırıq, saymayanı başımıza otuzdururuq, özümüzə hörmət qoymuruq”.
Son xəbərlər
Son Xəbərlər