Amerikalı aktrisa Enn Heteuey ilk dəfə hamiləlik fotosunu paylaşıb.
“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, 33 yaşlı aktrisa “İnstagram” hesabında paylaşdığı fotonu belə şərh edib:
“2016-cı il xoşbəxtlik gətirsin, mənim gözəl “İnstagram” dostlarım. Burda çimərlik geyimində şəkil paylaşmaq mənim üçün gözlənilməz oldu. Çimərlikdə idim və gördüm ki, şəklimi çəkirlər. Düşünürəm ki, mənim bu tip şəkillərim yalnız öz razılığımla dərc olunmalıdı. Sizə yeni ildə sevgi və hər şeyin ən gözəlini arzulayıram”.
Qeyd edək ki, aktrisa 34 yaşlı dizayner Adam Şulmanla ailəlidir. Onlar 2012-ci ilin sentyabr ayında ailə qurub. Cütlük 2015-ci ilin noyabrında mətbauta açıqlama verərək valideyn olacaqlarını bildirib.





Son xəbərlər
Son Xəbərlər