Rusiyanın və Ukraynanın məşhur ulduzu Svetlana Loboda instaqramda yeni klipinin anons videosunu paylaşıb.
“Qafqazinfo” xəbər verir ki, çəkilişlər Lobodanın hamiləlik dövründə baş tutub. O, klipində risk edərək fərqli bir rəqs nümayiş etdirib. Lobodanın 3 milyonluq səhifəsində paylaşılan görüntülər birmənalı qarşılanmayıb və ifaçı tənqid edilib.
Qeyd edək ki, “Superstar” adlı ekran işi iyunun 8-də təqdim olunacaq.
Xatırladaq ki, Loboda ötən həftə qız övladı dünyaya gətirib.
Son xəbərlər
Son Xəbərlər