Əkiz uşaqlara 8,5 aylıq hamilə olan türkiyəli aktrisa Başak Sayanın qarnı açıq fotosu sosial şəbəkədə geniş tənqidi müzakirələrə səbəb olub.
“Qafqazinfo”nun “Posta” ya istinadən verdiyi məlumata görə, iki il öncə iş adamı Murad Vardala ərə gedən 39 yaşlı aktrisa “Rəngli səhifələr” verilişində şəkillə və onu tənqid edənlərlə bağlı fikirlərini bölüşüb.
“Biz bu şəkilləri xatirə olsun deyə evdə çəkmişik. Fotolarımın bu cür müzakirə olunması məni çox təəccübləndirdi. Rəfiqəm bunu öz səhifəsində paylaşıb. Fotoların necə və hardan tapılıb yayınlandığı haqda fikrim yoxdur. 20 gündür xəstəxanada yatırdım, yeni çıxdım və bu hadisəylə qarşılaşdım. Bu, mənim öz seçimimdir. Mənə “pis görünürsən”, “hamiləlik sənə yaraşmayıb” tipli şərhlər gəldi. Mən buyam!”, - deyə B. Sayan bildirib.


Son xəbərlər
Son Xəbərlər