Hamilə olduğu deyilən Ebru görünüşü ilə təəccübləndirdi - Foto

hamile-oldugu-deyilen-ebru-gorunusu-ile-teeccublendirdi
Oxunma sayı: 4498

Ötən aylarda tez-tez Amerikaya həyat yoldaşı Rza Zərrabın yanına gedən türkiyəli müğənni Ebru Gündeşin hamilə olduğu iddia olunur.

"Qafqazinfo" xəbər verir ki, Kanal D-də yayımlanan "2-ci Səhifə" proqramında müğənninin bir fotosu müzakirə mövzusuna çevrilib.

Gündeşin qarnının və üz-gözünün şişkin olması hamiləliklə əlaqələndirilib. Yeni il konsetində də artıq çəkisi ilə diqqət çəkən məşhur daha sonra iddialarla bağlı açıqlama verərək deyilənlərin yalan olduğunu bildirib.