Hamilə olduğuna görə məhkəmə onun ərə getməyinə icazə verdi – - İkinci toy

hamile-olduguna-gore-mehkeme-onun-ere-getmeyine-icaze-verdi-
Oxunma sayı: 5128


“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, “Möhtəşəm Yüz İl” serialında Mihrimah Sultan rolunu canlandıran aktrisa Pelin Karahan iş adamı Bədri Güntayla ailə qurub. Karahanın nikah şahidi  aktrisa Nur Fettahoğlu, Bədri Güntayın şahidləri isə Fatih Terim və Əmrə Bələzoğlu olub. 

Qeyd edək ki, P. Karahan 2013-cü il noyabrın 19-da keçmiş əri, idman müəllimi Ərdinç Bəkiroğlundan boşanıb. Lakin qanuna görə, Karahan yenidən ərə getmək üçün 300 gün gözləməli idi. O, bu müddətin aradan qaldırılması üçün məhkəməyə müraciət etmiş və 3 aylıq hamilə olduğuna görə yenidən ərə getməyə icazə ala bilmişdi.