“Qafqazinfo” xəbər verir ki, Balakən Rayon Mərkəzi Xəstəxanasından (RMX) lent.az-a verilən məlumata görə, bu gün axşam saatlarında rayonun Qazbinə kənd sakini, 1977-ci il təvəllüdlü Kainat Maqsud qızı Eminova it dişləməsi xəsarəti ilə xəstəxanaya daxil olub.
Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, 38 yaşlı Kainat Eminova qonşusugilə gedib. Bu zaman qonşunun iti zəncirdən qırılaraq Kainat Eminovanın sol ayağının baldır nahiyəsindən tutub. Kainat Eminovaya xəstəxanada quduzluğa qarşı peyvənd edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.
Son xəbərlər
Son Xəbərlər