Kürdəmirdə hamilə qadını qaynı güllələyib.
Kürdəmir rayonunda 3 aylıq hamilə olan 20 yaşlı Könül Mövlayevanın kim tərəfindən güllələndiyi məlum olub.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, mayın 11-i axşam saatlarında K.Mövlayeva sinəsinin sol nahiyəsindən güllə yarası ilə xəstəxanaya yerləşdirilib.
İlkin araşdırma zamanı məlum olub ki, 31 yaşlı Ramo Mövlayev qardaşı Ramilin arvadı Könülü qısqanclıq zəminində öldürmək istəyib. Bu məqsədlə evin həyətində kustar üsulla hazırlanmış qoşalüləli tüfəngdən atəş açaraq K.Mövlayevanı güllələyib.
Faktla bağlı cinayət işi başlanılıb, R.Mövlayev şübhəli şəxs qismində tutulub.
Qeyd edək ki, R.Mövlayev subay olub və qardaşının ailəsi ilə bir evdə yaşayıb.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər