Hamilə sevgilisinin qarnına zərbələr vuran futbolçunu 10 ilədək həbs gözləyir

hamile-sevgilisinin-qarnina-zerbeler-vuran-futbolcunu-10-iledek-hebs-gozleyir
Oxunma sayı: 3067

Almaniya prokurorluğu Dortmund "Borussiya"sının futbolçusu Niko Şultsla bağlı cinayət işinə başlayıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, o, ağır cinayətdə ittiham olunur.

Şultsun keçmiş sevgilisi hüquq-mühafizə orqanlarına müraciət edərək ona qarşı məişət zorakılığından şikayət edib. 

İyun ayında futbolçunun keçmiş sevgilisinin vəkili 2020-ci ildə baş vermiş çoxsaylı məişət zorakılığı hadisələrinə görə məhkəməyə müraciət edib. Söhbət 7 fiziki ziyan hadisəsindən gedir. Vəkil mesajların skrinşotları və qançırların fotoşəkilləri şəklində sübutlarla birlikdə prokurorluğa 76 səhifəlik məlumat göndərib. 

İttiham tərəfinin iddiasına görə, Şults qızının doğulmasına iki həftə qalmış sevgilisinin qarnına zərbələr vurub. 
Bildirilir ki, futbolçu 10 ilədək həbs cəzası ala bilər.