Hamilə xanımı və qızını öldürən şəxs məhkəməyə çıxarılır - Foto

hamile-xanimi-ve-qizini-olduren-sexs-mehkemeye-cixarilir
Oxunma sayı: 3454

Bu il fevralın 13-də saat 07 radələrində Şəmkirin Çinarlı kəndində Lalə Həsənova və azyaşlı qızı Qumru Həsənovanın qəsdən öldürülmələri ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Prokurorluqdan “Qafqazinfo”ya bildirilib ki, istintaqla müəyyən edilib ki, Elməddin Həsənov qeyd edilən tarixdə birgə yaşadıqları evdə çarpayıda yatmış və hamilə vəziyyətində olduğunu bildiyi arvadı Lalə Həsənovaya əvvəllər aralarında baş vermiş mübahisə ilə əlaqədar bıçaqla çoxsaylı xəsarətlər yetirərərək öldürüb. Daha sonra sonuncunun yanında olan azyaşlı qızının ona mane olmasından hiddətlənərək həmin bıçaqla çoxsaylı xəsarətlər yetirərək Qumru Həsənovanı da qəsdən öldürüb.

Xəbəri rus dilində oxuyun: Трое малолетних детей были избиты сожителем матери - МВД

Elməddin Həsənov Cinayət Məcəlləsinin 120.2.4, (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) 120.2.7, (iki və ya daha çox şəxsi öldürmə) 120.2.8 (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.