“Hamımız o gündə olmuşuq…” - Aygünə dəstək oldu

hamimiz-o-gunde-olmusuq
Oxunma sayı: 4783

“W-Trio”nun keçmiş solisti, müğənni Elnarə Xəlilova bir neçə gün bundan əvvəl xalq artisti Aygün Kazımovanın paylaşdığı videoya dəstək olub. 

“Qafqazinfo”nun məlumatına görə, o bildirib ki,  Kazımovanın qrupun eks- solistləri və əməkdar artist Tünzalə Ağayevanın arxiv görüntülərini ortaya çıxarmağına etiraz etmir.

E. Xəlilova “ATV maqazin onlarla” proqramına açıqlamasında Aygünün jest etdiyini deyib:

“Bildim ki, pis niyyətlə paylaşılmayıb. Burada başqa niyyət yoxdur. Mən başa düşdüyümü deyirəm. 2000-2002-ci illər arası bu gündə olmuşuq. Necə varıqsa, eləyik. Hamımız o gündəyik.  Aygün Kazımovanın addımı böyüklük idi. Hər adamın işi deyil ki, belə bir jest etsin, addım atsın. Yeri gələndə instaqramda işarələsin, əl uzatsın”.