Handanoviç 11 ildən sonra “İnter”dən getdi

handanovic-11-ilden-sonra-interden-getdi
Oxunma sayı: 2585

Samir Handanoviç 11 ildən sonra “İnter”dən ayrılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 38 yaşlı qolkiper başa çatan müqavilənin müddəti yenilənməyib.

Qeyd edək ki, sloveniyalı qapıçı 2012-ci ildən “İnter”də oynayırdı. O, klubun heyətində 455 oyuna çıxıb və 166 matçda qapısını toxunulmaz saxlayıb.