Türkiyənin tanınmış aktrisası Hande Erçel məşhur dondurma brendinin reklam siması olaraq Fransada keçirilən 76-cı Kann Film Festivalına qatılıb.
“Qafqazinfo” xəbər verir ki, 29 yaşlı aktrisa artıq bir neçə gündür ki, instaqram hesabında festivaldan fotolar paylaşır. Handenin sonuncu paylaşımı isə hər kəsin diqqətini çəkib.
Belə ki, aktrisa “Desperate Housewives” (“Çarəsiz evdar qadınlar”) və “Brooklyn Nine-Nine” (“Bruklin 9-9”) layihələri ilə məşhurşalan 48 yaşlı amerikalı həmkarı Yeva Lonqoriya ilə bir araya gəlib. Səmimi söhbət edən sənətçilər birlikdə kameraların önünə keçiblər.
Qeyd edək ki, dondurma brendinin daha əvvəl Kannda siması Serenay Sarıkaya və Dilan Çiçek Deniz olub.