“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, qalmaqal sosial şəbəkədə Yonca Evcimik Yener ilə Berksanın ifa etdiyi “Haberi var mı?” mahnısının öz mahnısı “Yallah sevgilim”in eynisi olduğunu iddia etməsiylə başlayıb.
Hande Yener isə Evcimikin “Yonca Evcimik 15” adlı albomundakı bütün mahnıların oğurluq olduğunu qeyd edib.
Yonca Evcimik Yenerin bu sözlərini əsas götürərək prokurorluğa müraciət edib və təhqir edildiyini bildirib. Hande Yener haqqında istintaq başladılıb. Müğənni ittihamları qəbul etməsə də, icra edilən istintaq sonunda Hande Yener haqqında məhkəmə işi açılıb.
“Bütün albom oğurluqdur” ifadəsinin təhqir xüsusiyyəti daşıdığı iddia edilən iddianamədə məşhur müğənninin 2 il yarıma qədər həbsi istənilib. Yener irəliləyən günlərdə hakim qarşısına çıxacaq.
Qeyd edək ki, Hande Yener aprelin 2-si Bakıda keçiriləcək özəl məclislərin birində çıxış edəcək.
Könül
Son xəbərlər
Son Xəbərlər