“Qafqazinfo” CNN-ə istinadən xəbər verir ki, bir neçə gün bundan əvvəl müğənni Demet Akalın Hande Yenerin Bakı konsertiylə bağlı rəsmi “Twitter” hesabından məlumat paylaşıb, sənətçini tənqid edib:
“Allaha şükür ki, kiməsə 300 milyard dəyərində zərər vermədim. Nə də salonun 4/1 hissəsini doldurmadım. Bütün konsertlərim dolu keçdi. Hamısı mahnılarımın sayəsindədir”.
Bu paylaşımdan sonra pop ifaçı Demet Akalına rəsmi “Twitter” hesabından cavab verib:
“Ad çəkmədən birinə şər atmaq, ancaq sənə yaraşar”.
Qeyd edək ki, bundan əvvəl də bir neçə saytda konsertdə tamaşaçı yerlərinin boş olması ilə bağlı məlumatlar yer almışdı.
Son xəbərlər
Son Xəbərlər