“Haniyənin öldürülməsində ABŞ-nin əli yoxdur”

haniyenin-oldurulmesinde-abs-nin-eli-yoxdur
Oxunma sayı: 1890

“HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsində ABŞ-nin əli yoxdur”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken CNA agentliyinə bildirib.

“Gözlənilən zərbə haqda məlumatımız olmayıb”, - o əlavə edib.

Xatırladaq ki, İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehranda səfərdə olan İ. Haniyə yaşadığı iqamətgaha atılan raket zərbəsi nəticəsində öldürülüb. O, avqustun 2-də dəfn ediləcək. Bununla əlaqədar İranda üçgünlük matəm elan olunub.