“Hüquq-mühafizə orqanları ilə Hesablama Palatasının fəaliyyətinin nəticəsini müqayisə etmək düzgün deyil”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Palatanın 2022-ci il üzrə fəaliyyət hesabatının müzakirəsi zamanı bildirib.
“Dünyanın heç bir yerində hüquq-mühafizə orqanları ilə audit orqanı müqayisə olunmur. Bunlar müqayisəolunmayan predmetlərdir. Audit ən sivil mübarizə metodudur. Burada nöqsanların təkrarlanması ilə bağlı fikirlər səsləndirildi, biz nöqsanların aradan qaldırılması üçün hansı ciddi iş gördük ki, nöqsanlar təkrarlanmasın? Vacib olan bu suala cavab tapmaqdır”, - deyə Vüqar Gülməmmədov əlavə edib.
İşğaldan azad olunan ərazilərdə auditlərin aparılmamasına gəlincə palata sədri bildirib ki, buna səbəb orada tikintisi başa çatmış obyektlərin sayının demək olar ki, olmamasıdır: “Bu işlər başa çatmadan yoxlama aparmaq mümkün deyil”.
***
Vüqar Gülməmmədov bildirib ki, bundan yaxşı hesabat forması yoxdur: “Mən arzu edərdim ki, Milli Məclisə hesabat verən bütün qurumlar bu formada hesabat versin”.
Sədr burada qaldırılan məsələlərin bəziləri ilə qətiyyən razı olmadığını vurğulayıb: "Bu hesabat axıra qədər tam oxunmalıdır ki, oradan sual verilə bilsin. Hesabata dair hətta təqdimatda hazırlanıb, icranın vəziyyəti də göstərilib. Əgər hər hansı ölkədə hər hansı nəticə dəyişmirsə, məgər bu yalnız Hesablama Palatasının günahıdır? Bu sualı da vermək lazımdır".
Zaur Mirzə
Həmçinin oxuyun: “В Агалы нам не дают дом, потому что нас в семье не четверо” - Фото
Son xəbərlər
Son Xəbərlər