Hansı daha yaxşıdır: gediş sifarişi xidməti, yoxsa şəxsi avtomobiliniz?

hansi-daha-yaxsidir-gedis-sifarisi-xidmeti-yoxsa-sexsi-avtomobiliniz
Oxunma sayı: 3027

Şəhərlərin əhalisi sürətlə artır. Əksər böyük şəhərlərin sakinləri ictimai nəqliyyatdan asılı olmamaq və istənilən vaxt lazımi ünvana tez çatmaq üçün şəxsi avtomobilə sahib olmağa çalışır. Buna görə şəhərlərin inkişafı ilə paralel olaraq şəxsi avtomobillərin sayı da artır.

Bununla belə üstünlüklərinə baxmayaraq avtomobillər şəhərlərdə bir çox narahatlıqlara səbəb olur. Birincisi, onlar özü-özlüyündə daha çox yer tutur, beləki bu yerlər daha rasional şəkildə istifadə edilə bilər.

Şəhərlərdə kiçik bir sahəni öz aralarında bölüşmək məcburiyyətində olan çoxlu sayda insan yaşayır: burada onsuz da avtomobillər üçün çox yer yoxdur. Bununla belə, onların yerləşdirilməsi üçün dayanacaqlara, qarajlara da ehtiyac var. Bunun əvəzində şəhərlərdə daha çox mənzillər, parklar tikilə, yaşıllıq sahələri salına və ümumiyyətlə ərazi daha səmərəli istifadə edilə bilərdi.

2021-ci ildə Azərbaycanda qeydiyyata alınan avtomobillərin sayı rekord göstəriciyə – demək olar ki, 1 milyon 350 minə çatıb. Hələ 2020-ci ildə ölkədə rəsmi olaraq 1 milyon 260 min avtomobil qeydiyyata alınıb. İl ərzində bu rəqəm 100 min artıb. Ekspertlər yaxın vaxtlarda ölkədə avtomobillərin sayının artacağını proqnozlaşdırırlar. Bəzi hesablamalara görə, 10 ildən sonra Azərbaycanda artıq 3 milyon avtomobil olacaq. Lakin raydheylinq xidmətlərinin, yəni gediş sifarişi xidmətlərinin və onlar üçün infrastrukturun inkişafı ilə vəziyyət, həmçinin şəxsi avtomobillərə münasibət dəyişə bilər.

Şəxsi avtomobiliə sahib olmağın daha prestijli və rahat olduğu fikri çoxdan köhnəlib, həmçinin bunun bir sıra "mənfi tərəfləri" də mövcuddur.

Şəxsi avtomobilə sahib olmağın mənfi cəhətləri

— Tıxaclar. Şəhərdə çox sayda avtomobil olduğu üçün tıxaclardan yayınmaq demək olar ki, mümkün deyil. Tıxaclar xüsusən də pik saatlarda işə getməlisinizə, stresə səbəb ola və çox vaxtınızı apara bilər. Yolda avtomobillərin səs-küyünə məruz qalmaq yüksək qan təzyiqi, infarkt və s. ürək-damar xəstəlikləri riskini əhəmiyyətli dərəcədə artırır. Bundan əlavə, avtomobillərin səs-küyü sinir sisteminə mənfi təsir göstərə bilər, nəticədə narahatlıq, qıcıqlanma və yuxusuzluq səviyyəsinin artmasına səbəb ola bilər.

— Qulluq xərcləri. Avtomobilə sahib olmaq ilkin alış qiymətindən başlayaraq sığorta, qeydiyyat və davamlı texniki xidmət üçün xərclər tələb edir və bu da baha başa gələ bilər. Avtomobil ödənişləri əhəmiyyətli aylıq xərclərə səbəb ola bilər. Bundan əlavə, gözlənilməz təmir və ya qəzalar baha başa gələ və çətinlik yarada bilər.

Eyni zamanda, avtomobilin xərcləri yalnız yanacaq, təmir və texniki xidmət xərclərini əhatə etmir.

İngilis avtomobil karşerinq şirkəti "Turo" tərəfindən aparılan bir araşdırma göstərdi ki, sürücülər orta hesabla şəxsi avtomobillərindən həftədə cəmi doqquz saat istifadə edirlər. Həftənin qalan 159 saatı avtomobil sadəcə dayanacaqda və ya qarajda qalır. Şəxsi avtomobilin bu cür istifadəsi son dərəcə qeyri-effektivdir.

Bir çox ölkədə avtomobil sahibliyi fəlsəfəsi artıq dəyişir. Avtomobillərə yeni yanaşmanın əsas elementlərindən biri raydheylinq (gediş sifarişi) xidmətləridir. Bu üsul avtomobildən daha səmərəli istifadə etməyə və şəhərdə daha az yer tutulmasına imkan verir.

“Rocky Mountain” İnstitutu tərəfindən aparılan bir araşdırmada bildirilir ki, şəxşi avtomobil sahibliyi dövrü növbəti on il ərzində pik həddə çata bilər. Belə ki, avtomobil almaq əvəzinə, həqiqətən ehtiyac duyduğunuz zaman gediş sifarişi vermək daha asandır.

Avtomobil sifariş xidmətlərinin üstünlükləri

Raydheylinq xidmətləri bir sıra üstünlüklərə malikdir.

Rəqabətli qiymətlər. Belə səfər şəxsi avtomobilinizlə səyahət etməkdən daha ucuz başa gələ bilər. Bundan əlavə, gediş sifarişi xidmətinin qiyməti dərhal tətbiqdə göstəriləcək. Sifariş verməzdən əvvəl bunun sizə nə qədərə başa gələcəyini biləcəksiniz.

Sərbəst avtomobil seçimi. Səfər üçün daha komfortlu avtomobil seçə bilərsiniz. Bundan başqa qənaətcil, elektriklə işləyən avtomobil və ya çamadanlarla vağzala gedirsinizsə, böyük bir avtomobil seçə bilərsiniz.

Təhlükəsiz yol. Tətbiq təyinat yerinə getmək üçün ən uyğun marşrutu seçir, bu, sürücü və sərnişin tərəfindən təsdiqlənir. Bu, sərnişin üçün əlavə təhlükəsizlik zəmanəti ola bilər.

Nağdsız ödəniş. Kartı tətbiqə əlavə etdikdən sonra üzərinizdə nağd pul daşımağa ehtiyac yoxdur.

Etibarlı sürücü və avtomobil. Raydheylinq xidmətləri hər kəs üçün rahat səfər təmin etmək məqsədilə sürücü və sərnişin qiymətləndirmə sistemini təqdim etdi. Məsələn,

“Bolt” xidməti sürücülərin reytinqinə nəzarət edir və reytinqi çox aşağı olanları platformadan kənarlaşdırır.

“Bolt” kimi raydheylinq platformaları artıq bütün bu xüsusiyyətləri tətbiq edib. Bundan əlavə, bu cür xidmətlər daim sərnişinin rahatlığını təmin etməyi üstün tutur və sərnişinlərə gediş sifarişi variantlarının geniş seçimini təqdim edir.

Məsələn, “Bolt” ötən il Azərbaycanda iki yeni gediş kateqoriyasını – “Travel” (Səyahət) və “Comfort Plus”ı (Komfort+) təqdim edib.

● “Travel” (Səyahət) kateqoriyası daha uzun məsafəli səfərlər üçün nəzərdə tutulmuşdur. Bu kateqoriya Bakı, Gəncə, Mingəçevir, Qəbələ, Şəmkir, Sumqayıt, Şəki şəhərlərində mövcuddur.

● “Comfort Plus” (Komfort+) sərnişinlərə biznes sinfi avtomobillər ilə təyinat yerinə getməyə imkan yaradır. Bu kateqoriya hələki yalnız Bakıda mövcuddur.

Bundan əlavə, “Bolt” şirkəti üçün 1 nömrəli prioritet sərnişinlərin və sürücülərin təhlükəsizliyidir. “Bolt” Azərbaycanda istifadəçilərin sığortalanması funksiyasına malik olan ilk və yeganə gediş sifarişi xidmətidir. İlk dəfə olaraq “Bolt” sığorta şirkəti Paşa Insurance ilə birlikdə yol-nəqliyyat hadisəsi zamanı istifadəçilərin təhlükəsizliyini maksimum dərəcədə qoruyan və onların tibbi xərclərini qarşılayan proqram hazırlayıb və həyata keçirib. Bundan əlavə, xidmət həm sərnişinlərin, həm də sürücülərin təhlükəsizliyi üçün daim yeni funksiyaları sınaqdan keçirir və əlavə edir.

“Bizim prioritetimiz komfortlu səyahəti təmin etməkdir. Bundan əlavə, “Bolt” şirkətinin əsas məqsədi şəhərdə hərəkətin əlçatanlığını, təhlükəsizliyini və ekoloji cəhətdən təmizliyini təmin etməkdir. İnanırıq ki, gələcəyin şəhərləri ilk növbədə insanların rahatlığını təmin etməlidir və raydheylinq konsepsiyası bu işdə əsas yerlərdən birini tutur. Biz sərnişinlərimiz üçün ən komfortlu şəraiti təmin etməklə xidmətimizi daha da inkişaf etdirmək üzərində çalışırıq”, - deyə “Bolt” şirkətinin Azərbaycanda raydheylinq istiqaməti üzrə rəhbəri Naim Əzizov qeyd edir.

Gələcək perspektivlər

Müasir dünyada şəxsi avtomobilə sahib olmaq getdikcə daha əlverişsiz və daha az sərfəli olur. Maşının texniki xidmətinə, təmirinə sərf olunan vaxtı daha rasional şəkildə sərf etmək olar.

Gediş sifarişi xidmətlərinin rahat fəaliyyət göstərməsi üçün Azərbaycanda infrastruktur inkişaf etdirilir. Məsələn, “Bolt” şirkəti artıq 10 ildir ki, avtomobil sifarişi xidməti göstərir və Azərbaycanda daha da inkişaf etmək üçün davamlı olaraq çalışır.

Şəhərlərin konsepsiyaları da həmçinin dəyişir. Prioritet avtomobillər deyil, insanlardır. Mərkəzi hissələrdə piyada zonaları salınır və ya yaşıllaşdırılır. Dünyada avtomobilə sahib olmaq fəlsəfəsi dəyişir. Artıq təyinat yerinə vaxtında gəlmək üçün şəxsi avtomobilinizin olması vacib deyil.

Belə ki, zərurəti yarandıqda gediş sifarişi xidmətinə müraciət edərək bir dəfə ödəniş etmək, şəxsi avtomobilə sahib olmaqla həyatınızı çətinləşdirməkdən daha asan olur.