Hansı halda ənənəvi tədrisə qayıdacağıq? - Nazirdən açıqlama

Hansı halda ənənəvi tədrisə qayıdacağıq?
Oxunma sayı: 2430

“Biz ənənəvi tədrisə qayıtmağın tərəfdarıyıq”.

“Qafqazinfo” xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev sosial şəbəkə hesabında ona ünvanlanan sualları cavablandırarkən deyib.

Nazir bildirib ki, bu məsələdə əhalinin bir milyona qədərinin vaksinasiyadan keçməsinə güvənirlər:

“Gündəlik vaksinasiya sayları kifayət qədər yüksəkdir. İnanırıq ki, tələbələrimiz də bu prosesə qoşulsalar, yaş qrupundan asılı olaraq faiz təhsilalan və təhsilverən vaksinasiyadan keçsə və ya immuniteti varsa, onda biz ənənəvi tədrisə qayıtmağa ümid edə bilərik”.