MC&S-in media monitorinq qrupu 1-31 may 2017-ci il dövrü üzrə məlumatların hesabatına yekun vurub.
Təşkilatdan “Qafqazinfo”ya verilən məlumata görə, media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb.
Hesabata əsasən aparıcı 5 sektor üzrə mediada ən çox adı hallanan qurumlar müəyyənləşib.
Məlumatların sayına görə mobil rabitə şirkətləri arasında Azercell (1192 məlumat), banklar arasında Azərbaycan Beynəlxalq Bank (4008 məlumat), sığorta şirkətləri arasında PAŞA Həyat (234 məlumat), ali məktəblər arasında BDU (1681 məlumat), otel və biznes mərkəzləri arasında Excelsior (301 məlumat) irəlidədir.
Son xəbərlər
Son Xəbərlər