Narkotik maddə istifadə etdiyi üçün haqqında həbs qərarı çıxarılan türkiyəli aktrisa Gizem Karaca məsələ ilə bağlı ilk dəfə açıqlama verib.
“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, 26 yaşlı aktrisa cinayət işinin 5 il öncə açıldığını bildirib:
“5 il əvvəl baş vermiş hadisədir. Lakin qərar indi çıxdığı üçün gündəmə gəldi və ona görə də çox danışılır. Vəkilim lazımi açıqlamaları verib. Qərarla bağlı kassasiya şikayəti verilib. Hazırda proses davam edir”.
Qeyd edək ki, 34 məşhur haqqında narkotik maddə istifadəsi və ticarətinə görə açılan cinayət işi ilə bağlı qərar ötən həftə açıqlanmışdı. Gizemlə Çağatay Ulusoy narkotik istifadəsinə görə 4 il 2 ay, müğənni Cenk Eren isə narkotik ticarətinə görə 6 il 3 ay həbs cəzası alıb.
Son xəbərlər
Son Xəbərlər