“Haradasa övladım var, ya yoxdur, bilmirəm...”

haradasa-ovladim-var-ya-yoxdur-bilmirem
Oxunma sayı: 4789

Türkiyənin məşhur müğənnisi Rafet El Roman sevgi münasibətləri ilə bağlı səmimi açıqlamalar verib.

“Qafqazinfo” “Miliyet”ə istinadən xəbər verir ki, 56 yaşlı ifaçı şorgöz olması ilə bağlı səsləndirilən fikirlərə də aydınlıq gətirib.

İki qızı və bir oğlu olan müğənni aliment problemi olmadığını bildirib: “Onsuz da övladlarımın analarına da mən sevərək baxıram, ehtiyaclarını qarşılayıram. Bunu onlar da inkar etməz. Haradasa bilmədiyim övladım var, ya yoxdur, bilmirəm. Amma belə bir şey olsa, onu da mütləq himayəmə götürərəm.

Mən təhlükəli idmanları və adrenalini sevmirəm, məni cəlb etmir. Mənim ən böyük həyəcanım əks cinsə heyranlığım və sevgimdir. Gənc qızlar daha mənə baxmırlar, deyəsən, qocalıram. Hazırda heç kimlə sevgi münasibətim yoxdur. Qadından qadına qaçmaq çox yorucudur, amma yaxşı həyat yoldaşınız varsa, çox gözəl vaxt keçirəcək və həyatdan zövq alacaqsınız”.

İki dəfə evlənən və yenidən ailə həyatı qurmaq istədiyini dilə gətirən Rafet son zamanlarda toy edən məşhur cütlüklərin münasibətinin inandırıcı olmadığını deyib: “Evliliyə qarşı deyiləm, yenidən evlənəcəyəm. Evlənən evlənənədir... Sanki bir az göstəriş üçün evlənirlər. Evliliklərin davam etməməsi təkcə məşhurların dünyası ilə bağlı deyil. Bu, yaşam tərzi ilə əlaqəlidir. Keçmişdə bizim ata-analarımız belə deyildi. Ədəb hissi var idi. O yoxa çıxandan sonra hər sahədə boşluq yarandı”.

Xatırladaq ki, Rafet El Roman 1996-cı ildə Tuğba Altıntopla ailə həyatı qurub. Onların bu evlilikdən Su Elnur (24 yaş) və Şevval Su (21 yaş) adlı iki qızı dünyaya gəlib. Cütlük 2003-cü ildə boşanıb.

2010-cu ildə isə sevgilisi Yeşim Eryıldırımdan Edvan adında bir oğlu dünyaya gəlib. Sənətçi Yeşimdən ayrıldıqdan sonra, 2014-cü ildə Ceren Kaplakarslan ailə həyatı qurub, lakin bu evliliyi də qısa çəkib. Cütlük 2017-ci ildə boşanıb.

Müğənni son olaraq özündən 24 yaş kiçik Yasemin Gergeçlə eşq yaşayırdı.