Harri ilə Meqan sonuncu vəzifələrini yerinə yetirdilər - Fotolar

harri-ile-meqan-sonuncu-vezifelerini-yerine-yetirdiler
Oxunma sayı: 2635

Sasseks hersoqu və hersoginyası Harri ilə Meqan Markl Vestminister Abbatlığında keçirilən kraliyyət mərasimini ziyarət ediblər. 

“Qafqazinfo” CNN-ə istinadən xəbər verir ki, bununla cütlük sonuncu dəfə Britaniya kral ailəsinin üzvləri kimi bir mərasimdə iştirak ediblər. 

Xatırladaq ki, şahzadə Harri və Meqan Markl kral ailəsinə mənsubluqdan imtina edərək müstəqil həyata keçmək qərarı alıblar. Bununla onlar kral ailəsini təmsil etmək, tədbirlərdə və xeyriyyə mərasimlərində məcburi iştirak etmək və digər ölkələrə səfər etmək öhdəliyindən azad olacaqlar.