Harri kraliçanın ölüm xəbərini belə öyrənib

harri-kralicanin-olum-xeberini-bele-oyrenib
Oxunma sayı: 3702

Şahzadə Harri kraliçanın ölüm xəbərini necə öyrənməsi barədə danışıb. 

"Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, o, kraliçanın öldüyünü BBC-nin səhifəsindən öyrəndiyini deyib.

Xatırladaq ki, İngiltərə kraliçası II Yelizaveta 96 yaşında vəfat edib. Təxminən bir əsrin şahidi olan Kraliça Britaniyanın ən uzun müddət hakimiyyətdə olan monarxı olub. Kraliçanın ölümündən sonra onun 73 yaşlı oğlu Çarlz taxta çıxaraq İngiltərə kralı olub.

Qeyd edək ki, Şahzadə Harri İngiltərə kralı III Çarlz və onun keçmiş həyat yoldaşı, Uels şahzadəsi Diananın kiçik oğludur. III Çarlzın anası II Yelizaveta isə Harrinin nənəsidir.