Harris onu qabaqlayır

harris-onu-qabaqlayir
Oxunma sayı: 3277

ABŞ-nin vitse-prezidenti Kamala Harris Ağ Evin hazırkı prezidenti Co Baydenin yarışdan çıxmasından sonra Respublikaçı Donald Trampı iki faiz qabaqlayır.

“Qafqazinfo” xəbər verir ki, bunu “Reuters” və “Ipsos”un sorğusu göstərib.

Sorğu Baydenin yenidən seçilməkdən imtina etdiyini və Harrisin namizədliyini dəstəklədiyini elan etdikdən dərhal sonra keçirilib. Bildirilir ki, Harrisi respondentlərin 44%-i, Trampı isə 42%-i dəstəkləyib.

Xatırladaq ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də baş tutacaq.