Harris rəsmi olaraq prezidentliyə namizəd olduğunu açıqladı

harris-resmi-olaraq-prezidentliye-namized-oldugunu-aciqladi
Oxunma sayı: 900

ABŞ-nin vitse-prezidenti Kamala Harris rəsmi olaraq Demokratlar Partiyasından prezidentliyə namizəd olduğunu açıqlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu Filadelfiyada tərəfdarları qarşısında çıxış edərkən elan edib.

“Mən bu gün qürurla elan etmək üçün sizin qarşınızda dururam. Artıq rəsmi olaraq Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizədəm”, - Harris bildirib.

Qeyd edək ki, “New York Times” daha əvvəl Harrisin rəsmi olaraq 2024-cü ilin noyabrında keçiriləcək prezident seçkilərində Demokratların namizədi olduğunu yazmışdı.