Hasan Can Kaya saxlanıldı

hasan-can-kaya-saxlanildi
Oxunma sayı: 5612

Türkiyəli şoumen Hasan Can Kaya saxlanılıb. 

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən məlumatına görə, buna səbəb kimi onun 23 yaşlı qızı məcburi şəkildə evində saxlaması göstərilib.

Bildirilir ki, Hasan Can qatıldığı universitetin məzun gecəsində tanış olduğu qızı evində saxlayaraq, onun getməsinə icazə verməyib. 

İddiaya görə, həmin qız dostuna “məni xilas et”, - deyə mesaj və olduğu ünvanı göndərib. Bundan sonra polis ünvana gələrək onu xilas edib.  Hasan Can isə saxlanılıb. Lakin polis bölməsində ifadəsi alınan qız Kayadan şikayətçi olmayıb.

Prokurorluq hesabat hazırlandıqdan sonra Hasan Can Kayanın azadlığa buraxılması barədə göstəriş verib.

Bütün bunlardan sonra isə yayılmış iddialarla bağlı şoumen açıqlama verib: “Sözügedən xəbərlər reallığa uyğun olmayan iddialardan ibarətdir. Bildirmək istəyirəm ki, əxlaqsızcasına böhtan atanlara qarşı bütün qanuni hüquqlarımdan istifadə edəcəyəm”.

Qeyd edək ki, Hasan Can Kaya hazırda “Konuşanlar” adlı şou proqramın aparıcısıdır.