Hasara çırpılan maşın yandı

hasara-cirpilan-masin-yandi
Oxunma sayı: 1225

Qəbələ rayonunun Yenikənd kəndində maşın yanıb. 

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, “Chevrolet” markalı minik avtomobili yol kənarındakı hasara çırpılıb.

Nəticədə avtomobilin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.