Hatay mərkəzli zəlzələdə 6 nəfər həyatını itirib, 18-i ağır olmaqla 562 nəfər yaralanıb.
“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu Hatay AFAD Şəhər Koordinasiya Mərkəzində açıqlaması zamanı deyib.
O bildirib ki, zəlzələnin yaratdığı dağıntılardan sonra axtarış-xilasetmə işlərinə başlanılıb.
Qeyd edək ki, fevralın 20-də yerli vaxtla saat 20:04-də Türkiyənin Hatay vilayətində 6,4 bal, saat 20:07-də bu vilayətin Samandağ rayonunda 5,8 bal və Hatayın Mızraklı-Samandağ bölgəsində yerli saatla 22:00-da 4,3 bal gücündə zəlzələ baş verib.
Son xəbərlər
Son Xəbərlər