Hatayda yenə zəlzələ oldu

hatayda-yene-zelzele-oldu
Oxunma sayı: 3829

Türkiyənin Hatay vilayətinin Antakya rayonunda 4,4 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, zəlzələ yerli vaxtla saat 10:20-də baş verib. 

Yerin 11 kilometr dərinliyində baş verən zəlzələ ətraf ərazilərdə də hiss olunub. Zəlzələnin fəsadlarını araşdırmaq üçün qruplar işə başlayıb.

Kandilli Rəsədxanası isə zəlzələnin maqnitudasının 4,8 olduğunu açıqlayıb.