Hatayda yenidən zəlzələ olub

hatayda-yeniden-zelzele-olub
Oxunma sayı: 44068

Türkiyənin Hatay şəhərinin Antakya rayonunda 4,3 bal gücündə zəlzələ olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların ocağı 7 km dərinlikdə olub.

AFAD-ın məlumatına görə, təbiət hadisəsi Bakı vaxtı ilə 21:20-də qeydə alınıb.

Qeyd edək ki, Hatay şəhərinin Antakya rayonu fevralın 6-da baş verən silsilə güclü zəlzələlərin episentrinə çox yaxın olmasa da, təbii fəlakət zonasında ən çox zərərçəkmiş yaşayış məntəqələrindən biri olub.