Hataydakı yanğın nəzarət altına alındı

hataydaki-yangin-nezaret-altina-alindi
Oxunma sayı: 1395

Türkiyədə Hatay vilayətinin Kırıkhan bölgəsində səhərə yaxın başlayan yanğın nəzarət altına alınıb.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Alibeyçağıl məhəlləsindəki meşəlik ərazidə başlayan yanğın nəticəsində təqribən 5 hektar ərazi zərər görüb. Hazırda həmin ərazilərdə soyutma işləri davam etdirilir. 

Bununla yanaşı, Hassa rayonu ilə Kırıkhan Topboğazı istiqamətində eyni anda başlayan yanğını ilkin müdaxilə sayəsində söndürmək mümkün olub.