“Hatayspor”un legioneri dağıntılar altından çıxarıldı

hataysporun-legioneri-dagintilar-altindan-cixarildi
Oxunma sayı: 3016

Çelsi, Nyukasl“Porto”nun sabiq futbolçusu, hazırda “Hatayspor”da çıxış edən Kristian Atsu Türkiyədə baş verən zəlzələdən sonra dağıntılar altından sağ tapılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “A Bola” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, Qana millisinin 31 yaşlı futbolçusu artıq xəstəxanaya yerləşdirilib.

Afrikalı futbolçu sağ ayağından zədə alıb və nəfəs almaqda çətinlik çəkir.